Kavelaşvili Gürcüstanın prezidenti seçilib Doğru Xəbərlər

14.12.2024

Dogru.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hakim “Gürcü Arzusu” partiyasının namizədi, parlamentin keçmiş üzvü Mixail Kavelaşvili Gürcüstanın prezidenti seçilib.

Seçicilər kollegiyasının 300 üzvündən 224-ü Kavelaşviliyə səs verib.

Bu barədə Gürcüstan İctimai Yayımının Birinci Kanalı məlumat yayıb.

Tarixdə ilk dəfə olaraq ölkə başçısını seçkilər kollegiyası müəyyən edib.

Daha əvvəl səsvermənin başa çatdığı bildirilirdi.

O da məlum olub ki, seçki günü, dekabrın 14-də etirazçılar Gürcüstan parlamentinin binası yaxınlığında toplaşmağa başlayıblar.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью