Kavelaşvili Kvinikadzeniyə yüksək vəzifə verdi

29.12.2024

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili hüquqşünas Ketevan Kvinikadzeni öz administrasiyasının rəhbəri təyin edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan parlamentinin Mətbuat xidməti yayıb. 

44 yaşlı Kvinikadze bundan əvvəl Gürcüstan parlamentinin aparatının rəhbəri olub. 

Xatırladaq ki, bu gün M.Kavelaşvilinin andiçmə mərasimi keçirilib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью