Kavelaşvili Türkiyəyə gəlir ilk rəsmi səfər

11.08.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili sabah dövlət başçısı seçildikdən sonra Türkiyəyə ilk rəsmi səfərini edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Direktoru Burhanəddin Duran sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Kavelaşvilinin səfəri çərçivəsində Türkiyənin strateji tərəfdaşı olan Gürcüstanla əməkdaşlığının bütün sahələrdə inkişaf etdirilməsi istiqamətində atılan addımlar müzakirə olunacaq, həmçinin cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью