“Kavkaz” qəzetinin şirvanlı yazarları kimlər olub?

05.11.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstan Milli Parlament Kitabxanasının arxivləri Cənubi Qafqazın, o cümlədən XIX əsr Azərbaycan tarixinin (xüsusilə Tiflis və Şamaxı quberniyaları dövrünün) öyrənilməsi üçün bir sıra qiymətli ilkin mənbələri özündə cəmləşdirir. Borçalıda yaşayan tədqiqatçı soydaşımız Nəriman Əliyevin bu arxivlərdə apardığı araşdırmalar zamanı Şamaxı qəzasının XIX əsrin ortalarına aid inzibati-ərazisini, sosial-iqtisadi və demoqrafik mənzərəsini əks etdirən materiallar aşkara çıxarıb. Yurdsevər filoloq tədqiqatçının redaksiyamıza göndərdiyi 2 yazısını XQ-nin oxucularına təqdim edir, axtarışlarının davamı olaraq müəllifə yardımçı olacaqlarını gözləyirik.

Ölkəşünaslıq irsimizə olan dərin maraq məni tez-tez Gürcüstan arxivlərinə aparır. Orada Azərbaycanın XIX əsr və XX əsrin əvvəlinə aid indiyədək öyrənilməmiş bir çox sənədə, tarixi fakta, mətbuatda dərc olunmuş materiallara rast gəlirəm.

O dövrdə regionun əsas mətbu orqanı Tiflisdə Qafqaz canişinliyinin rus dilində nəşr etdiyi rəsmi "Kavkaz" qəzeti idi. Qəzetdə yalnız inzibati və hərbi xəbərlər deyil, Cənubi Qafqaz xalqlarının tarixi, məişəti, sənətkarlığı və folkloru haqqında dəyərli etnoqrafik oçerklər də dərc edilirdi.

Kərim bəy

1850-ci illərdə "Kavkaz" qəzetinin səhifələrində "Керим-бек" (Kərim bəy) imzası ilə silsilə yazılar dərc edilirdi.

Qafqazşünaslıq və mətbuat tarixi tədqiqatlarında əsasən Şirvan-Şamaxı bölgəsindən olan ziyalı və etnoqraf "Kərim bəy"in imzasına rast gəlinir.

Onun 1850-ci illərdə dərc olunmuş məqalələrinin ana xəttini Şirvan bölgəsinin etnoqrafiyası, yerli əhalinin yaşayış tərzi və xüsusilə Lahıc sənətkarlığı təşkil edirdi. Müəllif Lahıcda misgərlik, silahçılıq, dulusçuluq və ticarət əlaqələri haqqında detallı müşahidələrini "Kərim bəy" imzası ilə Tiflis oxucularına təqdim etmişdir. Bu yazılar həmin dövrdə rusdilli mühitdə Azərbaycanın sənətkarlıq mərkəzləri haqqında yayımlanan ilk dolğun mənbələrdən sayılır.

Qafqaz mətbuatı tarixində oxşar ad və soyadlara rast gəlindiyi üçün tədqiqatçılar bu imza ilə bağlı bir neçə paraleli də nəzərdən keçirirlər:

Şirvan etnoqrafı Kərim bəy: 1850-ci illərdə bilavasitə bölgənin məişətini və sənətkarlıq ənənələrini işıqlandıran əsas müəllif.

Kərim bəy Mehmandarov: XIX əsrin görkəmli maarifçisi və həkim kimi tanınan Mehmandarov da mətbuatda publisistik yazılarla çıxış etmişdir. Lakin onun əsas fəaliyyət dövrü 1870-1880-ci illərə təsadüf etdiyindən 1850-ci illərdə dərc olunan məqalələrin ona aidliyi yalnız gənclik dövrünün müşahidələri çərçivəsində müzakirə olunur.

Kərim bəy Novruzov: Həmin illərdə Tiflisdə hərbi və mülki xidmətdə olan yerli bəy nəsillərinin nümayəndələri də qəzetlə sıx təmasda olmuş və regionun ictimai həyatına dair qeydlərini çap etdirmişlər.

Kərim bəy imzalı bu oçerklər bu gün də Şirvan bölgəsinin, xüsusən Lahıcın XIX əsrdəki sosial-iqtisadi vəziyyətini, sənətkarlıq mühitini və etnoqrafiyasını öyrənmək üçün əvəzolunmaz ilkin mənbə rolunu oynayır.

Məqalələri kənardan gələn səyahətçilər deyil, bilavasitə bölqənin daxili həyatına, dilinə və adətlərinə bələd olan yerli ziyalı “Kərim bəy” yazmışdır.

Məşədi Cahangir, yaxud Mirzə Cahangir

XIX əsrin ikinci yarısında Qafqazın inzibati, mədəni və maarifçilik mərkəzi hesab olunan Tiflis mühiti azərbaycanlı ziyalıların formalaşmasında, regionun elmi-mədəni həyatına inteqrasiya etməsində mühüm rol oynamışdır. Bu dövrdə Tiflisdə yazıb-yaradan, rusdilli mətbuat vasitəsilə Azərbaycan xalqının adət-ənənələrini, etnoqrafiyasını və zəngin mədəni irsini geniş oxucu kütləsinə tanıdan diqqətəlayiq simalardan biri də Məşədi Cahangir olmuşdur.

XIX əsr mətbuatında və arxiv sənədlərində bəzən dini statusuna görə Məşədi Cahangir, savadlı, poçt və ya inzibati idarə işçisi, tərcüməçi olduğuna görə isə Mirzə Cahangir adıyla qeyd edilmişdir.

1870-ci illərdə, xüsusən də 1872-ci ildən etibarən Tiflisdə nəşr olunan rəsmi və nüfuzlu "Kavkaz" qəzeti ilə sıx əməkdaşlığa başlayan Məşədi Cahangir dövrünün tanınmış tərcüməçisi, etnoqrafı və şərqşünası kimi tanınmışdır. O, ərəb və fars dilli mənbələrə dərindən bələd olmaqla yanaşı, rus dilini də mükəmməl bilmiş, bu üstünlüyündən istifadə edərək Qafqaz inzibati idarələrində tərcüməçi kimi fəaliyyət göstərmişdir.

“Kavkaz" qəzetinin formalaşmış müxbir şəbəkəsi var idi, lakin Mirzə ( Məşədi) Cahangir ştatlı redaksiya müxbiri deyildi, xüsusi müxbir və etnoqraf-müxbir kimi qəzetlə sıx əməkdaşlıq edirdi.

1872-ci ildən başlayaraq "Kavkaz" qəzetində dərc edilən silsilə məqalələrində müəllif bir neçə istiqamətə xüsusi diqqət ayırmışdır:

Xalq təbabəti və məişəti: Əsrlər boyu formalaşmış müalicə üsulları, sınanmış təbii vasitələr və yerli əhalinin məişəti barədə ətraflı məlumatlar;

Folklor və inanclar: Azərbaycan xalqının zəngin şifahi xalq ədəbiyyatı, mifoloji təfəkkürü, eləcə də regionda yayılmış adət-ənənələr və el bayramları;

Tarixi Şərq mənbələri: Şərq əlyazmalarının, tarixi sənədlərin tədqiqi və onların rus dilinə tərcümə edilərək elmi dövriyyəyə daxil olunması.

Məşədi Cahangir Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsi ilə də əməkdaşlıq etmiş, bölgənin coğrafi və etnik xəritəsinin öyrənilməsinə, yerli materialların sistemləşdirilməsinə töhfə vermişdir.

XIX əsr Qafqaz maarifçiliyinin fəal simalarından olan Məşədi Cahangirin 1872-ci il mətbuat fəaliyyəti, Azərbaycan maarifçilik tarixinin və publisistikasının formalaşmasında özünəməxsus yer tutur.

1872-ci il. Şamaxı müxbiri (Məşədi Cahangir) xəbər verir.

Şamaxı (“Kavkaz” qəzetinin müxbir yazısı)

İyul ayının ilk günlərindən bəri, Şamaxı sakinləri arasında narahatedici şayiələr yayılmağa başladı; belə ki, bir gün müəyyən bir məkanın (Şamaxının) məhv olacağı xəbəri sarsıdıcı bir hökm kimi qəbul edilirdi. Çünki heç kim bu müsibətdən sığortalanmamışdı...

...26-da geologiya elminin nəzəriyyələrinə uyğun olaraq (Allahın lütfü ilə) xilas olduq; biz yalnız qorxu hiss etdik, çünki xüsusi zərər dəymədi. Şəhərdə zəlzələ (16 yanvar) binalarda artıq zədələr yaratmışdı, lakin xoşbəxtlikdən bu dəfə heç bir itki olmadı.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, ümumi gərginliyə baxmayaraq, hadisələr növbəti qaydada cərəyan etdi: saat 8 radələrində, dəqiq desək, 20 dəqiqə işləmiş, əvvəlkilərdən daha zəif, lakin eyni gücdə və eyni davamlılıqda bir yeraltı təkan hiss olundu.

Daha sonra güclü yeraltı təkanlar baş verdi; bunlar zəlzələnin gücünü aydın şəkildə nümayiş etdirirdi. Bu təkandan sonra binaların dağılması dayandı və təxminən, 5 saniyə davam edən güclü yeraltı təkan Şamaxı yaxınlığında qəfil baş verərək saat 4 radələrində - 20 dəqiqə işləmiş yenidən təkrarlandı.

İyulun 20-də Tehran təqviminə görə... (mətndə sonra cəmadiyələvvəl ayının müvafiq günləri, zəlzələnin Tehranda çap olunmuş təqvimlə üst-üstə düşməsi və cədvəl üzrə müşahidələr təsvir olunur).

Nəriman ƏLİYEV
Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью