Kaxaber Tsxadadze: “Çatışmayan cəhətlərimiz üzərində çalışacağıq”

31.08.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının III turu çərçivəsində “Qəbələ” səfərdə “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

"Əvvəlcə “Qarabağ”ı və keçmiş komandam “Kayrat”ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Oyuna gəlincə, rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu mövsüm avrokuboklarda çıxış etdilər. Artıq 3-cü oyundur ki, qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik. Bu, bir çox futbolçularımızın təcrübəsinin olmaması ilə əlaqədardır. Amma məndə geri çəkilmək yoxdur. Çatışmayan cəhətlərimiz üzərində çalışacağıq”.

“Zirə” “Kəpəz”i darmadağın etdi - YENİLƏNİB Bakıda UEFA A kursu keçirilir Millimiz Sloveniyada turnirə qatılacaq “Neftçi” futbolçusunu icarəyə verib - RƏSMİ Azər Məmmədov "Kəpəz"ə qayıdır: Danışıqlar başlayıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью