Kaya Kallas: Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır

25.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Burada olmaq çox yaxşıdır. Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır. Bizim əlaqələrimizin gücləndirilməsi baxımından gözləntilərimiz var.

APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O, Azərbaycana Ukraynaya göstərdiyi yardım və COP-29-a ev sahibliyi etdiyi üçün təşəkkür edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью