Kaya Kallas Azərbaycana gəlir

22.04.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə APA-ya AB-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə başlayıb. O, bu postda daha əvvəl həmin vəzifəni icra edən Jozep Borrelli əvəz edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью