Kaya Kallas Azərbaycana səfər edəcək

25.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Brüsseldəki mənbə məlumat verib.

“Müvafiq nota Azərbaycan tərəfinə göndərilib”, - mənbə əlavə edib.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью