Kaya Kallas Azərbaycana səfər edəcək

22.04.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə başlayıb. O bu postda daha əvvəl həmin vəzifəni icra edən Jozep Borreli əvəz edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью