Kaya Kallas NATO sammitində Viktor Orbanla niyə mübahisə edib? TƏFƏRRÜAT | Icma.az
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqı diplomatiyasının yeni rəhbəri Kaya Kallas hələ Estoniyanın baş naziri vəzifəsində olarkən Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxan Macarıstanın baş naziri Viktor Orbanla açıq mübahisəyə girib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazıb. Qeyd olunur ki, 2024-cü ilin iyulunda Vaşinqtonda NATO sammiti zamanı Orban NATO lide
Sammitdə iştirak edənlərdən birinin dediyinə görə, bu "çox kobud" çıxıb.
Orbandan sonra çıxışı planlaşdırılan Kallas hazırladığı nitqi kənara qoyub. "O, Orbana birbaşa cavab verdi. Dedi ki, Orban səhv edir.
Tarix və faktlar göstərir ki, NATO-nun məqsədi müharibələrdən qaçmaqdır, təhrik etmək deyil", deyə sammitdə iştirak edən diplomatlardan biri nəşrə bildirib.
"Politico" yazır ki, onun nümunəsi bir neçə digər liderləri də hazırlanmış bəyanatları kənara qoymağa və Orban əleyhinə danışmağa sövq edib.
Nəşr əlavə edir ki, Kallas artıq sələfi Cozep Borrellə müqayisədə daha sərt yanaşma nümayiş etdirir.
Tam oxu
Xəbəri oxu