Kaya Kallas: Rusiya Ukraynanı məhv etmək niyyətindədir

25.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya təzyiqləri artırmağa çağırıb.

Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Biz müharibəni dayandırmaq üçün Rusiyaya ən güclü beynəlxalq təzyiqi göstərməliyik", - deyə o qeyd edib.

Aİ rəsmisinin sözlərinə görə, Rusiya Ukraynanı məhv etmək niyyətindədir və ötən gecə Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə endirdiyi geniçmiqyaslı zərbələr bunu sübut edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью