Kaya Kallas: “Rusiyanın sülh niyyəti yoxdur”

29.01.2026

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az “RBK-Ukrayna” telekanalına istinadən xəbər verir ki, Avrop İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas birliyə üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasından əvvəl belə deyib.
“Əbu-Dabidəki danışqılarda Rusiya tərəfindən ancaq hərbçilər iştirak edir ki, onların da heç nə ilə bağlı danışıqlar aparmaq mandatı yoxdur. Bu isə o deməkdir ki, onlar heç də sülhə köklənməyiblər”, - Ai diplomatiyasının rəhbəri bildirib.
Onun fikrincə, əksinə, ruslar ukraynalılara hücumlarını davam etdirir, bombalamaqla və dondurmaqala təslim olmağa məcbur etməyə çalışırlar. Ona görə də Aİ bu konteksti aydın şəkildə anlamalı və Rusiyaya təzyiqləri artırmalıdır.
- Rusiyanı həqiqətən də real danışıqlara məcbur etmək bizim üçün vacibdir. Hazırda onlar guya danışıqlar apardıqlarını göstərirlər. Biz onların Ukraynaya hücumlarını artırdıqlarını görürük, çünki onlar döyüş meydanında irəliləyə bilmirlər, buna görə də mülki şəxslərə hücum edirlər”, - Kaya Kallas vurğulayıb.
WSJ: “Ukraynada 3 ssenari mümkündür” Diplomatın iddiasına görə, məhz Rusiya güzəştlərə getməlidir. Avropa diplomatiyasının rəhbəri Ukraynanın çoxlu güzəştlərə getdiyini, alkin bunun ümumi mənzərəni təhriüf etməsindən narahat olduğunu diqqətə çatdırıb. Bu baxımdan, Moskva tərəfindən güzəştləri görmək üçün üçün Aİ-nin Rusiyaya daha çox təzyiq göstərməsi zəruridir.
Xanım Kallas bu məsələdə ABŞ-nin oynaya biləcəyi müstəsna rola da toxunub.
“Əgər ukraynalılar əhəmiyyətli ərazi güzəştləri etsələr, bu, Ukraynanın qalan hissəsində sülh naminədir. Belədə, sülh üçün şərait yaradılmalı və amerikalılar bunu nəzərə almalıdırlar”, - siyasətçi deyib.
Onun sözlərinə görə, sülh sazişinin işləməsi üçün avropalıların birbaşa iştirakı lazımdır, çünki müharibə davam edir.
- Biz görürük ki, ABŞ bir ildən çoxdur Ukraynanı dəstəkləmir. Ukraynanın özünü müdafiə edə bilməsi üçün bu işi indi avropalılar görür”, - Avropa diplomatiyasının rəhbəri bildirib.
Danışıqların məzmunundan məlumatlı olan 8 mənbəyə istinad edən “Financial Times” nəşrinin yazdığına görə, Ukraynanın Donbasın tamamilə Rusiyaya güzəştə getməsini nəzərdə tutan təkliflə razılaşacağı təqdirdə ABŞ ona təhlükəsizlik zəmanəti verməyə hazırdır.
Xatırladaq ki, bu arada “The Wall Street Journal (WSJ)” nəşri 2026-cı ildə Ukraynada hadisələrin inkişafı üzrə üç mümkün ssenarini dərc edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью