Kaya Kallas sabah ABŞ yə gedəcək

24.02.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ dövlət katibi Marko Rubio ilə görüşmək üçün fevralın 25-də Vaşinqtona səfər edəcək.

O, bunu Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşünə gələrkən bildirib.

"Mən Marko Rubio ilə danışıqlar aparmaq üçün sabah ABŞ-yə gedəcəyəm", – Kallas qeyd edib.

Bu, onun Tramp administrasiyasında yüksək səviyyəli ABŞ diplomatı ilə ilk görüşü olacaq.

“Cebheinfo.az”
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью