Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico” nəşrinin məlumatına görə, spirtli içkilərə aludə olmadığını deyən Kaya Kallas, dünyada baş verənləri nəzərə aldıqda, zarafatla bəlkə də “içməyə başlamaq vaxtının çatdığı”nı bildirib.
Siyasətçinin mətbuat katibi hələlik bu bəyanatla bağlı şərh verməyib.
“Kaya Kallas Qrenlandiya və Danimarkanın Xarici İşlər nazirləri, ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Dövlət katibi Marko Rubio arasında görüşlə eyni vaxtda belə deyib. Donald Tramp dəfələrlə ABŞ-nin Qrenlandiyaya nəzarət etməkdə maraqlı olduğunu bildirib. Lakin ada hökuməti Qrenlandiyanın ABŞ-yə birləşməsi ehtimalını istisna edir”, - qəzet dəqiqləşdirir.
Bu məsələdə rəsmi Nuuku dəstəkləyən Kaya Kallas “adanın Qrenlandiya xalqına məxsus olduğunu” və Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında münasibətlərin pisləşdiyini söyləyib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Siyasətçinin mətbuat katibi hələlik bu bəyanatla bağlı şərh verməyib.