Kaya Kallas: Şimali Makedoniyanın gələcəyi Aİ dədir

24.05.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Skopye, 24 may, AZƏRTAC

Avropa İttifaqı (Aİ) üzvlük yolunda Şimali Makedoniyanın yanındadır. Şimali Makedoniyanın gələcəyi Aİ-dədir.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Skopyedə Şimali Makedoniyanın Baş naziri Kristian Miskoski ilə görüşdə deyib.

O qeyd edib ki, Qərbi Balkan regionu ölkələrinin Aİ-yə inteqrasiyası bütün bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün ən yaxşı yoldur.

Kristian Miskoski isə ali nümayəndənin ölkəsinə səfərinin Aİ-nin region ölkələrini unutmadığına dair mühüm mesaj olduğunu bildirib.

Qeyd edək ki, Aİ-nin genişlənmə planında Şimali Makedoniya, Monteneqro, Bosniya və Herseqovina, Serbiya və Albaniyanın ittifaqa üzvlüyü nəzərdə tutulur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Skopye

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью