Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RFİF) rəhbəri Kirill Dmitriyev Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın açıqlamalarının Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səylərə zərbə vurduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Dmitriyev bu fikirləri "X" paylaşımında ifadə edib.
O qeyd edib ki, normal fəaliyyət göstərən istənilən qurumda Kallas bu çıxışına görə artıq vəzifəsindən uzaqlaşdırılmalı idi.
“Kaya Kallas ABŞ Prezidenti Donald Trampın sülh prosesini və sülhməramlıların apardığı gərgin işi pozur, eyni zamanda Əbu-Dabidə keçirilmiş uğurlu görüşü mənasız şəkildə tənqid edir”, – deyə Dmitriyev yazıb.
Onun sözlərinə görə, bu cür bəyanatlar heç bir konstruktiv təklif daşımır və yalnız danışıqlar prosesini pozmağa yönəlib. Dmitriyev vurğulayıb ki, bu yanaşma ilə münaqişənin nizamlanmasında irəliləyiş əldə etmək mümkün deyil.
Xədicə BAXIŞLI