Kaya Kallasa ağır itki üz verdi

22.08.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Estoniyanın keçmiş baş naziri və Avropa Komissiyasının keçmiş vitse-prezidenti Siim Kallas 77 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə onun qızı, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-prezidenti Kaya Kallas məlumat yayıb.

"Dərin kədər hissi ilə bildirirəm ki, bu gecə əziz atam Siim Kallas vəfat edib", - deyə Kallas feysbuk hesabında paylaşım edib.

Qeyd edək ki, Siim Kallas 2002-2003-cü illərdə Estoniyanın baş naziri vəzifəsini tutub. Daha sonra, 2004-2014-cü illərdə Avropa Komissiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью