Kaya Kallasdan tonunu yumşaltmaq tələb edilir

08.10.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Avropalı diplomatlar Avropa İttifaqının (Aİ) baş diplomatı Kaya Kallasa irad tutublar.
Reyting.az
xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalında dərc olunan hesabatda qeyd edilib.
Avropalı diplomatlar Aİ-nin Xarici işlər naziri Kaya Kallası həddən artıq açıq danışan siyasətçi kimi xarakterizə edir, ondan daha təmkinli və diplomatik yanaşma gözləyirlər.
Nəşrin anonim mənbələrindən birinin qeyd etdiyi kimi, Kallas özünü “diplomatdan çox polis məmuru kimi aparır” və onun işi bütünlüklə Rusiyaya yönəlib.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью