Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas yeni bir rəqiblə - Fransanın "Milli Birlik" partiyasının lideri Marin Le Penlə üz-üzə qalıb.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” partiya daxilindəki dörd nümayəndəyə istinadən məlumat yayıb.
Məlumata görə, əgər Marin Le Pen 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində qalib gələrsə, o, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı və ya bu qurumu tamamilə ləğv etməyi planlaşdırır.
Le Pen ilə Kallas arasındakı əsas fikir ayrılıqlarından biri Ukrayna məsələsi ilə bağlıdır. AB-nin xarici siyasət rəhbəri Kiyevin dəstəklənməsinin tərəfdarıdır və Vladimir Zelenskinin qətiyyətli müdafiəçisi kimi çıxış edir. Fransalı siyasətçi isə beynəlxalq sülh konfransının keçirilməsinə çağırır və Avropanın Ukraynaya daha çox yardım göstərmək üçün vəsaitinin tükəndiyini iddia edir.
"Politiko"nun monitorinqinə əsasən, seçkidən əvvəlki sorğularda Marin Le Pen 2027-ci il prezident seçkilərinin birinci turunda 34% dəstəklə liderlik edir.