Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İyulun 23-27-də Portuqaliyanın Montemor-o-Velyo şəhərində gənclər və 23 yaşa qədər kayak və kanoeçilər arasında dünya çempionatı keçiriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycanı yarışda 1 qadın, 2 kişi olmaqla, ümumilikdə 3 idmançı təmsil edəcək.
Kanoe yarışlarında iyulun 3-6-da eyni yaş kateqoriyasında keçirilmiş Avropa çempionatında üçüncü olan Tatyana Smilovenko yenə medal uğrunda mübarizə aparacaq.
Kayak növündə isə Amil Ramazanov və Əlimurad Hacızadə dünya çempionatında mükafat qazanmağa çalışacaq.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.