Kayak və kanoeçilərimiz Gürcüstanda yarışda iştirak edəcəklər Fotolar

12.10.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 14-ü Gürcüstanın Mtsxeta şəhərində kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, Mtsxeta Şəhəri Günü münasibətilə keçiriləcək turnirdə Azərbaycan Su İdmanı Federasiyası (AZSİF) 6 nəfərlik idmançı heyəti ilə təmsil olunacaq.

Kanoe növündə Fəxri Sadıqlı və Rüstəm Əsgərov mübarizə aparacaq.

Kayak qayığında Sənan Cəfərzadə, Nizami Kərimov, Tahir Mövsümov və Yunis Əhmədov medallar uğrunda yarışacaq.

Komandaya məşqçi İsbəndiyar Cəfərov başçılıq edəcək.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью