Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib FOTO

22.10.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərənin “Mançester Siti” klubunun sabiq müdafiəçisi Kayl Uoker komandanın Premyer Liqa çempionluqlarından məhrum edilməsi ehtimalına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, hazırda “Börnli”də çıxış edən 36 yaşlı futbolçu belə bir qərar veriləcəyi təqdirdə ayağındakı döyməni sildirməli ola biləcəyini zarafatla dilə gətirib.

Uokerin ayağında “Mançester Siti”nin ardıcıl dörd dəfə İngiltərə çempionu olmasına həsr edilmiş döymə var. Klubun maliyyə qaydalarını pozması ilə bağlı aparılan araşdırmanın nəticələri isə həmin uğurların rəsmən tanınmasına təsir göstərə bilər.

Təcrübəli müdafiəçi məsələnin ciddi olduğunu etiraf etsə də, komanda yoldaşları ilə qazandığı uğurların əhəmiyyətini vurğulayıb:

“Biz uzun illər ərzində çoxlu kuboklar qazanmışıq. Nə baş verməsindən asılı olmayaraq, heç kim həmin anları əlimizdən ala bilməz. Çünki biz bunları yaşamışıq”.

Qeyd edək ki, müstəqil komissiya “Mançester Siti”ni Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilib. Klub isə qərardan apellyasiya şikayəti verib və ittihamları rədd edir.

Hələlik komandanın çempionluq titullarından məhrum edilməsi barədə yekun qərar qəbul olunmayıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью