Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 14 may, AZƏRTAC
İcarə əsasında İtaliyanın “Milan” komandasında çıxış edən Kayl Uolker mövsümün sonunda müqavilə ilə məxsus olduğu İngiltərənin “Mançester Siti” klubuna qayıdacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Rossonerilər” 34 yaşlı müdafiəçinin birdəfəlik transfer etmək hüququndan istifadə etməyəcək.
İngiltərəli oyunçu “Milan”ın heyətində bu mövsüm 15 oyunda meydana çıxıb.