Kayli Cenner 50 milyon dollarlıq büstqalter geyindi FOTOLAR

19.10.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyaca məşhur Kayli Cenner bu dəfə geyindiyi zinət əşyaları ilə diqqət çəkib. O, “Victoria’s Secret”in 2026-cı il dəfiləsində dəyəri 50 milyon dollar olan, indiyədək hazırlanmış ən bahalı büstqalteri nümayiş etdirib.

“Yeni Sabah” xəbər verir ki, Kim Kardaşyanın bacısı Kayli Cenner bazar günü keçirilən “Victoria’s Secret”in 2026-cı il dəfiləsində iştirak edib. Məşhur model bu dəfiləyə ilk dəfə qatılıb. O, həmçinin markanın 2018-ci ildən bəri ilk dəfə hazırladığı “Fantasy Bra” adlı xüsusi büstqalteri geyinib.

“Vogue” jurnalının məlumatına görə, 50 milyon dollar dəyərində olan bu büstqalter indiyədək hazırlanmış ən bahalı nümunədir. pizza hut

Zinət əşyaları hazırlayan “Jacob & Co.” şirkətinin qurucusu Ceykob Arabonun sözlərinə görə, büstqalterin ortasında yerləşən sarı almazın dəyəri təkbaşına 22 milyon dollardır. Dizaynda armud, ürək, dairə, oval və markiz kəsimli olmaqla, müxtəlif formalarda 4 min 400-dən çox almazdan istifadə edilib.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью