Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almatının “Kayrat” komandasının azarkeşləri “Qarabağ”a dəstək nümayiş etdiriblər.
QOL.az-ın xəbərinə görə, bununla bağlı sosial şəbəkələrin Qazaxıstan seqmentində çoxsaylı videolar yayılıb. Videolar dünən axşam UEFA Çempionlar Liqasının “Qarabağ” - “Çelsi” matçından (2:2) sonra çəkilib. Orada yüzlərlərlə fanatın “Qarabağ” şüari səsləndirdiyi görünür.
Video ÇL-in dünən keçirilən başqa bir görüşü - “İnter” - “Kayrat” matçından (2:1) əvvəl Almatıda çəkilib.