Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çempionlar Liqasının 2025/2026 mövsümünün 3-cü turunda “Kayrat” “Pafos”u qəbul edib.
İdman.Biz bildirir ki, Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionunda keçirilən oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
“Kairat” demək olar ki, bütün oyun boyu bir oyunçu üstünlüklə oynasa da, ilk qələbəsini qazana bilməyib.
“Pafos”un futbolçusu Joao Korreya 5-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan çıxarılıb.
Növbəti turda “Kayrat” Milanın “İnter”i ilə oynayacaq. “Pafos” isə “Vilyarreal”la qarşılaşacaq.
Hər iki qarşılaşma noyabrın 5-də baş tutacaq. İdman.Biz Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.