Kayrat dan Qarabağ a: Yoluna mənsiz davam etməlisən Video

31.01.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Kayrat"dan "Qarabağ"a: "Yoluna mənsiz davam etməlisən" - Video

Qazaxıstan "Kayrat"ı klubu Tiktok sosial şəbəkə hesabında "Qarabağ"la bağlı maraqlı paylaşım edib.

QOL.az xəbər verir ki, Almatı təmsilçisi Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi ilə əlaqədar maraqlı video hazırlayıb.

“Kayrat" Liqa mərhələsini 1 xalla sonuncu - 36-cı pillədə tamamlayıb və turnirlə vidalaşıb, "Qarabağ" isə 22-ci yeri tutaraq növbəti mərhələyə vəsiqə əldə edib.

"Kayrat"ın videosunda klub və "Qarabağ" cizgi film obrazlarında təsvir olunub. Videoda "Kayrat" bildirir: "Yaxşı. Mənim zamanım bitdi. Artıq yoluna mənsiz davam etməlisən".

Qazaxıstan təmsilçisi videonu "Pley-offda uğurlar" sözləri ilə şərh edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью