futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Kayrat”ın baş məşqçisi Rafael Urazbaxtin Çempionlar Liqasında “Real”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Madrid təmsilçisi ilə matç haqda bunları deyib:
“Azarkeşlərimizin ümidlərini doğrultmağa çalışacağıq. Cəsarətlə mübarizə aparmalıyıq. Nəticə bir kənara, ilk növbədə mübariz futbol oynamalıyıq. Düşünürəm ki, belə oyunlarda tək “Kayrat” azarkeşləri yox, bütün Qazaxıstan birləşir”.
Sabah keçiriləcək “Kayrat” – “Real” oyunu saat 20:45-də başlayacaq.