“Kayrat”ın kapitanı ÇL də hansı komandayla qarşılaşmaq istəyir?

28.08.2025

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

“Kayrat”ın (Qazaxıstan) kapitanı Aleksandr Martınoviç Çempionlar Liqasının əsas mərhələsində hansı TOP-klublarla oynamaq istədiyi barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, o, championat.com saytına müsahibəsində deyib:

“Mən “Real” və ya “PSJ”-ni istərdim. “Real” azarkeşi olduğum və daim izlədiyim komandadır. “PSJ” isə hazırda dünyanın ən yaxşı klubudur”.

Xatırladaq ki, ÇL-də püşkatma mərasimi bu gün keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью