Kaysedo S.Ərəbistanına keçə bilər

17.04.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

“Əl-Nasr” böyük maliyyə resurslarından istifadə edərək Avropadan yüksək səviyyəli oyunçuları cəlb etməyə davam etmək niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" “The Telegraph”a istinadən xəbər verir ki, “Çelsi”nin yarımmüdafiəçisi Moises Kaysedo Səudiyyə Ərəbistanı klubunun hədəfləri siyahısındadır.

Transferin baha başa gələcəyi qeyd olunur - Kaysedo ən azı 100 milyon funt-sterlinqə (təxminən 116 milyon avro) başa gələcək.

Moises Kaysedonun "Çelsi" ilə hazırkı müqaviləsi 2031-ci ilin ortalarına qədərdir.

Bu mövsüm 23 yaşlı yarımmüdafiəçi 37 oyun keçirib, 1 qol vurub və komanda yoldaşlarına 3 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью