Kayseridə ağır yolnəqliyyat hadisəsində 17 nəfər yaralanıb

25.11.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Kayseri şəhərində avtobus və mikroavtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 17 nəfər yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, şəhərlərarası sərnişin avtobusu xidməti mikroavtobusla toqquşub. Hadisə yerinə məlumat əsasında polis, yanğınsöndürənlər və təcili yardım göndərilib. Qəzada yaralanan 17 nəfər şəhər mərkəzindəki müxtəlif xəstəxanalara yerləşdirilib.

Qeyd olunub ki, avtobus Mərsindən Trabzon istiqamətində hərəkət edirdi.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью