Kayseridə güclü yağış və dolu həyatı iflic edib

07.06.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ankara, 7 iyun, AZƏRTAC

Türkiyənin Kayseri vilayətində yağan güclü yağış və dolu gündəlik həyata mənfi təsir göstərib.

AZƏRTAC xəbər verir ki, bir çox yollarda və yeraltı keçidlərdə su yığılıb, tarixi Böyük Bazardakı mağazaları isə su basıb.

Güclü leysan yağışları səbəbindən Kayserinin bir çox hissəsində nəqliyyatın hərəkətində fasilələr müşahidə olunub.

Vilayətin bəzi rayonlarına yağan dolu təsərrüfat obyektlərinə ziyan vurub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью