Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Bu gün səhər saatlarında Türkiyənin Kayseri vlayətində 4,1 bal gücündə zəlzələ baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) paylaşdığı məlumatlara görə, saat 09:53-də qeydə alınan zəlzələ 7 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri Pınarbaşıdır.
Kayseri valisi Gökmen Çiçek şəhərdə baş verən zəlzələ ilə bağlı son vəziyyəti açıqlayıb. Hazırda heç bir mənfi nəticənin olmadığını bildirən vali sahədə tədqiqat işlərinin davam etdiyini deyib.
Kayseri Valiliyi tərəfindən verilən açıqlamada deyilir:
"26 avqust 2026-cı ildə saat 09:53-də Kayseri şəhərinin Pınarbaşı rayonunda 4,1 bal gücündə və 7 kilometr dərinliyində zəlzələ baş verib.
Zəlzələdən sonra müvafiq qurum və təşkilatlarımız tərəfindən sahə tədqiqatları, nəzarət işləri başlanıb.
Hazırda heç bir mənfi nəticə qeydə alınmayıb və komandalarımız sahə işlərini davam etdirir".
Türkiyənin müxtəlif bölgələrində də zəlzələ aktivliyi var. Dünən gecə Adıyamanda 2 saat ərzində 1,3 ilə 4,2 bal arasında dəyişən 8 zəlzələ baş verib. Adıyamanda baş verən zəlzələdə heç bir tələfat və ya maddi ziyan olmayıb.
https://membrana-cdn.media/video/hbl/videofile-2687039-20260826-desktop.mp4?r=41774
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin