Kayserispor Qalatasaray oyunundakı 10 azarkeş həbs olundu | Icma.az
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Superliqasının 17-ci turunda keçirilən "Kayserispor" - "Qalatasaray" matçında yaşanan hadisələrlə bağlı araşdırma davam edir.
QOL.az xəbər verir ki, həmin matçın 60-cı dəqiqəsində əvvəlcə bir "Qalatasaray" azarkeşi meydana qaçmış və futbolçularla şəkil çəkdirmişdi.
Daha sonra isə buna qəzəblənən "Kayserispor" azarkeşləri meydana daxil olmuş və "Qalatasaray" fanatına hücum çəkmişdilər.
Polislər araşdırma çərçivəsində 10 azarkeşi həbs ediblər. Onların polis bölməsindəki prosedurlardan sonra məhkəməyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, "Kayserispor" - "Qalatasaray" oyunu İstanbul təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu