Kayuzakı Deqar əvəzlədi

14.11.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransanın “Lans” klubunun baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Didye Deqara tapşırılıb. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə anlaşmanın müddəti 2028-ci ilin yayına kimidir.

Deqar bundan əvvəl “Havr” və “Nitsa”da çalışıb.

O, “Lans”da bir neçə gün əvvəl istefaya göndərilən Yannik Kayuzakı əvəz edib.

Komanda Liqa 1-də 10 turdan sonra 13 xalla 11-ci sıradadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью