“Kayzerslautern”də Mahir Emreli problemi davam edir

31.01.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Kayzerslautern" klubunda çıxış edəm Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu gün də meydana çıxmayacaq. Sport24.az xəbər verir ki, 28 yaşlı hücumçu 20-ci turda "Elversberq"lə qarşılaşmada da iştirak etməyəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Emreli ötən ilin noyabrında "Herta" ilə keçirilən oyunda zədələnib. O, mövsümün ilk yarısında II Bundesliqada cəmi 4 matçda meydanda olub. Forvardın adı həmçinin bir neçə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. Forvard yanvarın əvvəlində fərdi məşqlərə qayıdıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью