“Kayzerslautern”in baş məşqçisi Mahirə də şans verdi

11.07.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” yoxlama oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, komanda II Liqa təmsilçisi “Sandhauzen”lə qarşılaşıb. 8 qolun vurulduğu matç “Kayzerslautern”in qələbəsiylə başa çatıb – 5:3.

Görüş hər biri 30 dəqiqə olmaqla dörd hissədən ibarət olub. Mahir matçın 31-ci dəqiqəsində zədələnən Skittanın əvəzinə oyuna daxil olub və meydanda bir hissə qalıb.

Mahirin “Kayzerslautern”dən ayrılacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью