Kazan hava limanı təyyarələrin gəlişi və gedişi üçün müvəqqəti bağlanıb Xəbər saytı Son xəbərlər və Hadisələr

20.01.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Rusiyanın Kazan hava limanı təyyarələrin gəlişi və gedişi üçün müvəqqəti bağlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako bildirib.

"Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və ya göndərmir", - deyə o, yazıb və əlavə edib ki, tədbirlər mülki təyyarələrin təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.

Korenyako əlavə edib ki, pilotlar və aviadispetçerlər vəziyyətlə bağlı xəbərdarlıq edilib və bütün lazımi tədbirləri görürlər.

Bundan əvvəl hadisə şahidləri Kazan səmasında bir neçə partlayışın baş verdiyini bildiriblər. İlkin məlumatlara görə, hava hücumundan müdafiə sistemi işə salınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью