Kazan hava limanı yenə bağlandı

31.12.2024

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kazan hava limanında mülki təyyarələrin uçuşlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Axar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako Teleqram kanalında məlumat yayıb.

"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan hava limanının işinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq aviareysləri qəbul etmir və yola salmır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl də sözügedən hava limanı təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью