Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb

11.01.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

"Report" bu barədə "Rosaviatsia"ya istinadən xəbər verir.

"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan, Nijneкamsk, Ulyanovsk hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - qurumun teleqram kanalında bildirilib.

Qeyd olunub ki, aeroportlar müvəqqəti olaraq reyslər qəbul etmir və yola salmır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью