Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kazana hücum edən səkkiz pilotsuz uçuş aparatından üçü müdafiə sənayesi obyektlərinə, qalanları isə yaşayış binalarına yönəlib,
Bunu Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov bildirib.
Onun sözlərinə görə, bəzi PUA-lardakı partlayıcılar işə düşməyib.
Respublika rəhbəri PUA-ların törətdiyi dağıntıların aradan qaldırılması istiqamətində işlərin aparıldığını vurğulayıb.
Qeyd edək ki, bu gün Kazan şəhəri Ukrayna PUA-larının hücumuna məruz qalıb. PUA-lardan ikisi Tatarıstan paytaxtındakı hündürmərtəbəli yaşayış binasına çırpılıb və nəticədə yanğın baş verib.