Kazanda 37 mərtəbəli binaya 2 dəfə dronla hücum edildi

21.12.2024

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bu gün səhər saatlarında Tatarıstanın paytaxtı Kazanda 37 mərtəbəli yaşayış binasına dronla hücum edilib.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, “Mavi səmalar” adlı yaşayış kompleksində yanğın başlayıb və sakinlər təxliyə edilib.

Hadisə şahidləri üç dəfə partlayış olduğunu söyləyirlər. Dron binanın 15-ci mərtəbəsinə çırpılaraq partlayış törədib. Başlayan yanğın nəticəsində binanın liftləri bloklandığı üçün sakinləri yanğınsöndürənlər xüsusi nərdivanlarla xilas etməli olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью