Icma.az, Turkstan.az portalına istinadən məlumat verir. Bu gün (31 may 2025-ci ildə) Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı
Çıxışlarda antologiya Azərbaycanla Tatarıstan arasında ədəbi-mədəni işbirliyinin daha bir bariz örnəyi kimi dəyərləndirilib.
Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirə tanınmış yazıçılar, alimlər, rəsmi şəxslər və mədəniyyət xadimləri qatılıb.
Salamlama nitqi söyləyən Daimi Nümayəndəliyin məsləhətçisi, “Kayum Nasiri İnstitutu” Bakı Təhsil-Mədəniyyət Mərkəzinin rəhbəri Elmira Yusifli nəşri ədəbi-mədəni diplomatiyanın nəticəsi kimi qiymətləndirib: “Bu antologiya – dil və ruh yaxınlığımızın bariz sübutudur.
Azərbaycan hekayəsinin tatar oxucusuna çatdırılması ədəbi tərcümənin yox, mədəni tərcümənin örnəyidir.
Tatar oxucusuna belə bir töhfənin verilməsi bizim üçün qürurvericidir”.
Təqdimatın aparıcısı Əkbər Qoşalı tədbiri açaraq, antologiya, ondan öncə görülmüş və planlaşdırılan ədəbi-mədəni layihələr haqqında ətraflı bilgi verib, törənin ümumi məramından söz açıb: “Bu antologiya – təkcə Azərbaycan ədəbiyyatının qardaş Tatarıstanda tanıdılması, təbliği deyil, həm də türk xalqları arasında daha bir yaddaş, söz və ruh körpüsüdür.