Kazanda iki məktəblinin piyada zolağında vurulduğunu əks etdirən görüntü yayılıb

21.02.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Kazan şəhərində iki məktəblinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüsü yayılıb.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Yol Polisi Dövlət Avtomobil Müfəttişliyi məlumat yayıb.

Qeyd olunur ki, "Lada Priora"nın sürücüsü nizamlanmayan piyada zolağında piyadalara yol verməyib və evə qayıdan 8 və 15 yaşlı iki məktəbli qızı vurub.

Zərərçəkənlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью