Kazbegi nin qurucusu vəfat etdi

16.02.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış gürcü iş adamı Qoqi Topadze 85 yaşında dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mediasının məlumatında deyilir.

Qeyd edilir ki, 1994-cü ildə Topadze “Kazbegi” pivə istehsalı şirkətini təsis edib.

2000-ci ildən Topadze şərabçılıq, pivə istehsalı, sərinləşdirici içkilər, siqaret, ağac emalı və restoran biznesi sahələrində bir neçə onlarla müəssisəni birləşdirən “ASC Kazbegi”nin prezidenti olub.

1997 və 1998-ci illərdə Topadze "İlin ən yaxşı iş adamı" adına layiq görülüb. 1996-2009-cu illərdə Gürcüstan Qış İdmanı Federasiyasının prezidenti olub. 1999-cu ildə Gürcüstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью