Kazemiro “İnter Mayami”də debüt etdi, Suarez qələbə qazandırdı VİDEO

26.07.2026

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İnter Mayami” futbol komandasının yarımmüdafiəçisi Kazemiro MLS-də debüt edib.

İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu “Monreal”la matçda meydana çıxıb.

Kazemiro qarşılaşmaya start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb. Braziliyalı futbolçu qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

“İnter Mayami” görüşdə 1:0 hesablı qələbə qazanıb. Matçın yeganə qolunu 81-ci dəqiqədə Luis Suarez penaltidən vurub.

Xatırladaq ki, Kazemiro bundan əvvəl çıxış etdiyi İngiltərənin “Mançester Yunayted” futbol komandasında 2025/2026 mövsümündə 34 matç keçirib, doqquz qol vurub və iki məhsuldar ötürmə edib.

Kazemiro karyerası ərzində “San-Paulu” (2010-2013), “Real Madrid” (2013-2022) və “Portu” (2014-2015) komandalarında da çıxış edib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью