Kazemiro karyerasını Avropa qitəsində davam etdirmək istəyir

23.01.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

33 yaşlı yarımmüdafiəçi Kazemironun “Mançester Yunayted”lə müqaviləsi başa çatdıqdan sonra Braziliyaya qayıtma ehtimalı demək olar ki, sıfırdır.

İdman.Biz-in ESPN-ə istinadən verdiyi məlumata görə, braziliyalı futbolçunun Səudiyyə Ərəbistanına keçməyə də marağı yoxdur. Məşhur oyunçu ilə müqavilə imzalamaq ehtimalı MLS klublarının marağına səbəb olsa da, Kazemironun özü karyerasını Avropada davam etdirməyə üstünlük verir.

22 yanvar tarixində “Mançester Yunayted” yarımmüdafiəçinin mövsümün sonunda ayrıldığını açıqlayıb.

Oyunçu 2022-ci ildə “Real Madrid”dən “Mançester Yunayted”ə keçib. Bu müddət ərzində 33 yaşlı yarımmüdafiəçi bütün yarışlarda 146 oyunda meydana çıxıb, 21 qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, Kazemironun bazar dəyəri 8 milyon avrodur.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью