Kazemiro karyerasını Mançester Yunayted də bitirmək niyyətindədir

10.05.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Kazemiro karyerasını İngiltərənin "Mançester Yunayted" klubunda bitirmək niyyətindədir.

Braziliyalı futbolçu MLS, həmçinin Səudiyyə Ərəbistanı klublarından gələn yaxşı təkliflərə baxmayaraq, "qırmızı şeytanlar"dan ayrılmaq istəmir.

Kazemironun qərarında komandanın baş məşqçisi Ruben Amorimin böyük təsiri olduğu qeyd edilib. Portuqaliyalı mütəxəssis braziliyalını komandanın əsas oyunçularından hesab edir.

Qeyd edək ki, Kazemiro 2022-ci ilin avqustundan "Mançester Yunayted"in formasını geyinir. Tərəflər arasında müqavilənin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Onun bazar dəyəri 12 milyon avro qiymətləndirilir.

///Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью