Kazemiro: “Kifayət qədər işim var, “Real” barədə düşünmürəm”

16.11.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazermiro “Real Madrid”lə bağlı sualları cavablandırıb.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu klubun iç havasına tam fokuslandığını, Madrid təmsilçisinə isə böyük sevgisi olduğunu vurğulayıb.

“Hamı bilir ki, mən o klubu və şəhəri sevirəm, amma indi “Real” barədə düşünə biləcək vəziyyətdə deyiləm”, - Kazemiro bildirib.

Kazermiro 2013–2022-ci illər ərzində “Real Madrid”in heyətində 336 oyuna çıxıb, 31 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Kral klubu” ilə beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью