Kazemiro Messi ilə komanda yoldaşı ola bilər

21.02.2026

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“İnter Mayami” klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemironu transfer etmək istəyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur sosial şəbəkə hesablarında məlumat verib.
Onun sözlərinə görə, futbolçu artıq Floridaya səfər edib və Lionel Messi ilə komanda yoldaşı ola bilər.
Digər tərəfdən, Braziliyanın “San Paulo” klubu da Kzaemironun transferində maraqlıdır. Belə ki, futbolçu peşəkar karyerasına “San Paula”da başlayıb və klub Kazemiroya iki illik müqavilə və müqaviləsi başa çatdıqdan sonra komandada vəzifə təklif etməyə hazırdır.
Qeyd edək ki, Kazemironun “Mançester Yunayted”lə hazırkı müqaviləsi cari Premyer Liqa mövsümünün sonunda başa çatır. Yanvar ayında klub oyunçunun müqaviləsini yeniləməyəcəyini təsdiq edib.
Xatırladaq ki, Kazemiro bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 25 oyunda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью